28 Oktyabr 2024
Dünya futbolu

Xorvatiyalı futbolçu milli karyerasını bitirdi

Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviç millidəki karyerasını başa vurduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bu yay Almaniyada keçirilən Avropa çempionatında iştirak etmişdi. Brozoviç Xorvatiya millisinin heyətində 99 oyun keçirib, 7 qol vurub.

O, yığma komandayla dünya çempionatında gümüş və bürünc medal qazanıb.

31 yaşlı futbolçu hazırda “Əl Nəsr”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43