28 Oktyabr 2024
Dünya futbolu

Konfrans Liqası: “Zirə”nin potensial rəqibi bəlli oldu

“Zirə”nin Avropa Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz “Osiyek” səddini keçsə, növbəti turda “Omoniya” ilə üz-üzə gələcək.

Kipr klubu iki görüşdə də Macarıstan “Fegervar”ını üstələyə bilib (1:0), (2:0).

Xatırladaq ki, “Zirə” sabah “Osiyek”lə üz-üzə gələcək. İlk oyun Xorvatiyada 1:1 hesabı ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43