“Baş məşqçi Cihat Arslanın diqqəti məni təsirləndirdi. O, “Ankaragücü”nün qarşıdakı planlarından danışdı. Bunlar məni çox təsirləndirdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubuna transferi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Ankaragücü” böyük bir klubdur. Ankara gözəl şəhərdir. Hədəfimiz yenidən Super Liqaya yüksəlməkdir. Mən də, komanda yoldaşlarım da bunun üçün mübarizə aparacağıq. “Şanlıurfaspor”la ilk turun matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi “Erzurumspor”a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.