27 Oktyabr 2024
Ölkə futbolu

“Sabah”ın oyununa 5500 bilet satıldı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ın İrlandiya təmsilçisi “Sent Patriks”lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 5500 bilet satılıb.

Komandanın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 8700 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks” matçı bu gün, saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43