27 Oktyabr 2024
Ölkə futbolu

Türkiyəli azarkeşlər Benzianı unutmur – FOTO

“Qarabağ”ın “Ludoqorets” qalibiyyəti (7:2) iki gündür Azərbaycan və Türkiyə idman mətbuatının gündəmindədir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun tarixi zəfəri qardaş ölkədə sosial şəbəkələrdə böyük marağa sahib olub. Günlərdir davam edən müzakirədə təmsilçimiz barədə xoş sözlər söylənir.

Komandanın performansı ilə yanaşı, “Qarabağ”ın üzvü Yassin Benziaya da xüsusi maraq var. Bir dönəm Türkiyənin “Fənərbağça” və “Hatayspor” klublarında forma geyinən təcrübəli oyunçu gözləntilərin altında qalmışdı.

Əlcəzairli oyunçunun “köhlən atlar”dakı performansı türkiyəli azarkeşlərin də diqqətindən kənar qalmayıb. Onlar Benzianın qədrini bilmədikləri üçün heyfisləndiklərini gizlətməyiblər.  

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43