26 Oktyabr 2024
Ölkə futbolu

Konfrans Liqası: “Zirə” və “Sabah” favoritdir

Bu gün UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimiz “Sabah” və “Zirə” də bu gün meydana çıxacaq. İlk oyunda səfərdə “Sent Patriks”ə (İrlandiya) məğlub olan (0:1) “bayquşlar” görüşün favoritidir. Belə ki, bukmeker konturları “Sabah”ın qələbəsinə 1,54, rəqibin qalibiyyətinə isə 5.89 əmsal təyin edib.

Matçın heç-heçə bitmə ehtimalı 4,32 olaraq dəyərləndirilib.

Turnirdəki digər təmsilçimiz “Zirə”yə də “Osiyek” qarşısında cüzi fərqlə olsa da, üstünlük verilib. “Qartallar”ın qələbəsi 2,48, məğlubiyyəti isə 2,89 olaraq bəlirlənib. Görüşün bərabərliklə bitməsinə 3,3 əmsal təyin edilib.

Xatırladaq ki, “Sabah” – “Sent Partiks” matçı saat 20:00-da, “Zirə” – “Osiyek” görüşü isə 20:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43