“Qarabağ” polşalı qapıçı Mateuş Koxalskini heyətinə cəlb edib.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı polşalı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. Polşanın “Stal Mielets” klubunun qolkiperi ilə uzun müddətdir danışıqlar gedirdi. Tərəflər arasında təzminat məbləğində fikir ayrılığı var idi.
Ancaq danışıqlar müsbət nəticələndi və transfer baş tutdu. Ağdam təmsilçisinin bu keçid üçün nə qədər məbləğ ödədiyi isə açıqlanmayıb.
Polşalı qapıçının “Transfermarkt”dakı dəyəri 1.5 milyon avrodur. “Qarabağ”ın da təxminən buna yaxın təzminat ödədiyi ehtimal edilir.
Qeyd edək ki, qapıçı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.