26 Oktyabr 2024
Ölkə futbolu

Krunoslav Renduliç: “Komandam əlindən gələn hər şeyi etdi”

“Komandam əlindən gələn hər şeyi etdi. Təəssüflər olsun ki, bu dəfə də alınmadı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandasına 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis komandasının İrlandiya klubundan daha yaxşı çıxış etdiyini söyləyib: “Çox çalışdıq, bəzi situasiyalarda rəqibdən üstün olduq. Lakin bəxtimiz gətirmədi. İlk oyunda olduğu kimi bu dəfə də qırmızı vərəqə aldıq. Belə turnirlərdə 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Məqsədimiz qruplara qalmaq idi, amma işlər istədiyimiz kimi getmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43