25 Oktyabr 2024
Dünya futbolu

“Çelsi”nin qapıçısı Fransa klubunda

“Çelsi”nin qapıçısı George Petroviç “Strasburq”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu ehtiyat oyunçular skamyasının gücləndirmək üçün təcrübəli oyunçu axtarışındadır.

“Çelsi” Petroviçi bir mövsümlük “Strasburq”a icarəyə verməyə hazırdır. Bu, iki klub arasında üçüncü və son mümkün icarə müqaviləsi olacaq. Daha əvvəl Andrey Santos və Kaleb Uili də London təmsilçisindən Fransa klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43