UEFA Konfrans Liqasının pley-off mərhələsi ilk oyunu çərçivəsində keçiriləcək “Omoniya” – “Zirə” görüşünə hakim təyinataları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, maçtı estoniyalı baş hakim Yuri Frişer idarə edəcək. Ona Veyko Motsnik və Sander Saqa kömək göstərəcək.
Xatırladaq ki, “Zirə” Kipr klubuyla ilk matçını avqustun 22-də GSP stadionunda keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.