24 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

SON DƏQİQƏ! “Zirə”nin oyunu təxirə salındı

Ölkəmizi UEFA Konfrans Liqasının pley-off  mərhələsində təmsil edəcək “Zirə” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçivan” ilə ev oyununun təxirə salınmasını istəyib. 

“Zirə”nin müraciətini, “Araz Naxcıvan” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Zirə” – “Araz Naxçıvan” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib.

Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43