24 Oktyabr 2024
Dünya futbolu

“Marsel”in qapıçısı İspaniya klubuna keçib

“Marsel”in qapıçısı Pau Lopes mövsümün sonuna kimi icarə əsasında “Jirona”ya keçib. 

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı ispaniyalı futbolçu “Espanyol”da peşəkar debüt edib. 2016/17 mövsümündə o, “Tottenhem”də icarə əsasında çıxış edib.

Pau Lopesin “Betis” və “Roma”da da təcrübəsi var. O, İspaniya millisində iki oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43