“Əl-Nəsr”in üzvü Kriştianu Ronaldo yeni rekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu 23 ardıcıl 23 mövsümdə ən azı bir qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, “Əl-Nəsr”in heyətində ölkə Superkuboku yarımfinal matçında “Əl-Taavun”a qarşı görüşdə fərqlənib.
Bununla da Ronaldu daha bir rekorda imza atıb.
“Əl-Nəsr” Superkubokun finalında “Əl-Hilal” komandası ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 17-də keçiriləcək.