23 Oktyabr 2024
Ölkə futbolu

“Şamaxı”dan darmadağın

Bu gün “Şamaxı” yoxlama oyununda 1-ci liqa klubu “Zaqatala” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, matç “Şamaxı”nın 5:0 hesablı qələbəsi ilə bitib.

Premyer Liqa təmsilçisinin qollarını Belajdi Pusi (2), Brahim Konate (2) və Conatan Benteke vurub.

Qeyd edək ki, “Şamaxı”nın Misli Premyer Liqasının 3-cü turunda keçirilməli olan “Qarabağ”la oyunu təxirə salınıb. Premyer Liqaya bu mövsüm yüksələn şamaxılılar 2 oyun keçirib və 1 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43