23 Oktyabr 2024
Ölkə futbolu

“Qəbələ” legioneri ilə yollarını ayırdı – RƏSMİ

“Qəbələ” kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatlna görə, 24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan komandada çıxış edən Atanqana “qırmızı-qara” formada 36 matç keçirib.

Kristof Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43