22 Oktyabr 2024
Dünya futbolu

PSJ-dən növbəti transfer

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Renn”dən Desir Duayi transfer olunub. Hazırkı ölkə çempionu 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Fransalı futbolçu ötən mövsüm Liqa 1-də 31 matça çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43