22 Oktyabr 2024
Müsahibə

“Kəpəz” “Turan Tovuz”la oyuna itkilərlə çıxacaq

“Kəpəz” Premyer Liqanın 3-cü turunun “Turan Tovuz”la matçına itkilərlə çıxacaq.

Gəncə təmsilçisinin iki futbolçusu zədəlidir.

Məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana qərb derbisində forma geyinə bilməyəcək. Bu futbolçuların müalicə prosesi davam edir.

Bundan əlavə Elmir Tağıyev cəzalı durumdadır.

Qeyd edək ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşması bu gün saat 18:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43