22 Oktyabr 2024
İdman

Dünya Qadın Seriyası: Yığmamız ilk oyunda məğlub oldu

3×3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, yığmamız qərarlaşdığı C qrupundakı ilk oyununu keçirib. Millimizin rəqibi Almaniyanın “Düsseldorf ZOOS” komandası olub.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib – 8:21.

Ratomir Deliçin yetirmələri bu gün həm də Ukrayna millisi ilə qarşılaşacaq.

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43