23 Oktyabr 2024
Ölkə futbolu

Bu futbolçu “Neftçi”dən göndərilir!

“Neftçi” Qara Qarayevlə yolları ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Roman Qriqorçukun gələcək planlarında yer almır. Məhz bu səbəbdən də paytaxt klubunun ukraynalı çalışdırıcısı Qara Qarayevi komandanın əvəzedici komandasına göndərib.

Hələ də klubla müqaviləsi davam edən Qara Qarayev özünə yeni komanda axtarır. Klub hətta futbolçu üçün digər komandadan kompensasiya tələb etmir. Premyer Liqanın iki klubunun maraq dairəsində olan Qarayev təcili özünə yeni komanda axtarır.

Əgər yarımmüdafiəçi “Nefyçi”də qalsa, o zaman klubun əvəzedici komandasında mövsümün sonuna kimi çıxış etməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43