25 Noyabr 2024
Ölkə futbolu

Addım-addım hədəfə doğru

Azərbaycan II liqasının iddialılarından olan “Şəfa” klubu  “MyGroup Holding”in tərkibində fəaliyyət göstərəcək.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı tərəflər arasında “JW Marriott Absheron” otelində imzalama mərasimi baş tutub. Sənədə “Şəfa” klubunun prezidenti Sərdar Salmanzadə və Holdinqin prezidenti Emil İsgəndərov imza atıb. 

Tədbiri giriş sözləri ilə “MyGroup Holding”in rəhbəri Emil İsgəndərov açıb. O, bildirib ki, “Şəfa”nin əsas prinsipləri bundan sonra ölkə futboluna öz töhfələrini verməkdi. İsgəndərov Holdingin “Şəfa” üçün hər cür şərait yaratmağa hazır olduğunu dilə gətirib.

Klub prezidenti Sərdar Salmanzadə isə bu anlaşmadan məmnun olduğunu bildirib, komandanın gələcək hədəflərindən söz açıb. Klub rəhbəri bildirib ki, əsas hədəf uşaq futboluna köklənməkdi. Azərbaycan futboluna yeni istedadların yetişməsi, “Şəfa”nın əsas prinsiplərindəndi.

Əməkdaşlıq çərçivəsində “Şəfa”nın akademiyası yaradılacaq. Akademiya 14-17 yaşlı uşaqları cəlb edəcək. O cümlədən, akademiyada qızlar üçün komanda formalaşdırılacaq. Futbolçuların istedalarına uyğun tərəfdaş ölkələrlə danışıqlar aparılacaq və onlar xaricdə təcrübədən keçəcəklər. 

“Şəfa” ev oyunlarını ASK Arenada keçəcək və gələcəkdə klubun yeni stadionunun inşası da planlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43