25 Oktyabr 2024
Ölkə futbolu

Coy Lens Mikels 30-cu qolunu vurdu

Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Misli Premyer Liqasının III turuna təsadüf edib. 30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.

“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.

Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43