25 Oktyabr 2024
Ölkə futbolu

“Tiaqo Silvadan da yaxşı qapıçı olacam” – “Kəpəz”in qolkiperi

“Zədəmin durumu hazırda yaxşıdır. Təəssüf ki, “Turan Tovuz”la matçda oynaya bilmədim. Amma hər şey qaydasında olsa, qarşıdakı oyunda meydanda olacam”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in qapıçısı Santos Rojerio zədəsi barədə danışarkən deyib. Portuqaliyalı qolkiper geridə qalan III turdan sonra Premyer Liqamız haqda bunları söylərib:

Çox çətin çempionatdır. Güclü komandalar var. Ümid edirəm ki, qarşıdakı oyunlarda biz də yaxşı nəticələr qazanacağıq.

Azərbaycana gəlməmişdən öncə “Zirə”nin qapıçısı Tiaqo Silva ilə elə-belə söhbət etdim. Çox cuzi fikir alış-veriş elədik”.

25 yaşlı qapıçısı “Kəpəz”in ötən mövsümkü portuqaliyalı qolkiperi İqor Rodriges və həmyerlisi Tiaqo Silva kimi uğurlu çıxış edib-edə bilməyəcəyi sualına isə iddialı cavab verib:

“Onlardan da yaxşı qapıçı olacam”.

Xatırladaq ki, Santos Premyer Liqanın II turu çərçivəsində keçirilən “Qarabağ” görüşündə zədələnərək meydanı tərk etmişdi.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43