25 Oktyabr 2024
Dünya futbolu

Mbappe debüt etdiyi formanı Nadala bağışladı

“Real”ın yeni futbolçusu Kilian Mbappe La Liqada debüt etdiyi formanı məşhur tennisçiyə hədiyyə verib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu “Malyorka” ilə görüşdə (1:1) geyindiyi köynəyi Rafael Nadala bağışlayıb. İspaniyalı məşhur tennisçi “Real” fanatıdır. O, matça xüsusi qonaq kimi dəvət edilib.

Mbappe bu yay azad agent kimi PSJ-dən “Real”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43