26 Oktyabr 2024
Ölkə futbolu

Əliyev oynadı, komandası qalib gəldi

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” çempionatda ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda mövsümün ilk görüşündə səfərdə “Dinamo Siti” ilə qarşılaşıb. Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb. 

Zamiq də oyunda iştirak edib. 23 yaşlı müdafiəçi matça start heyətdə çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43