26 Oktyabr 2024
Ölkə futbolu

“Karvan” 5 futbolçuyla müqavilə bağladı, ən sadiq azarkeşini unutmadı – VİDEO

Azərbaycan I liqasında çıxış edən “Karvan” klubu 5 futbolçu ilə müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi Müşfiq Teymurov, İzzət Müştaqov, Əli Abdullayev, Elvin İsmayılov və Məmməd Muradovla sözləşmə uzadıb.

Klub futbolçuların təqdimatında komandanın fiziki məhdudiyyətli azarkeşi Əzizov Anara da yer ver.

Komanda üzvləri 20 illik “Karvan”a tərəfdarlıq edən azarkeşlə bir araya gəlib və ona forma hədiyyə ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43