UEFA Konfrans Liqası pley-off oyunları öncəsi görüşlərin favoritləri açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Zirə”yə səfər matçında “Omoniya”ya qarşı şans veriıməyib. Futbol biliciləri Kipr klubunu görüşdə favorit görüblər.
Belə ki, ev sahibinin qələbəsinə 1,72, Azərbaycan komandasının qalibiyyətinə isə 5,15 əmsal təyin edilib. Qarşılaşmanın heç-heçə bitmə ehtimalı isə 3,82 olaraq dəyərləndirilib.
Xatırladaq ki, “Omoniya” – “Zirə” oyunu bu axşam saat 21:00-da start götürəcək.