“Vilyarreal” fransalı hücumçu Tyerno Barrini heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədərdir. İspaniya klubu Barriyə görə 14 milyon avro ödəyib.
Barri 2023-cü ildən “Bazel”də çıxış edir. Bu müddət ərzində o, İsveçrə yığmasının heyətində bütün turnirlərdə 41 oyun keçirib, 20 qol vurub, 5 məhsuldar ötürmə edib.
La Liqanın 2024/25 mövsümünün ilk turundan sonra Villarreal 1 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.