26 Noyabr 2024
Dünya futbolu

İngiltərə klubu norveçli futbolçu ilə gücləndi

İngiltərənin “Bernli” klubunun yarımmüdafiəçisi Sander Berge “Fulhem”ə keçib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı norveçli ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. Futbolçu “Fulhem”də 16 nömrəli formada çıxış edəcək.

Berge ötən yaydan “Bernli”də çıxış edir. O, komandanın heyətində 40 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43