“Kəpəz”in braziliyalı yarımmüdafiəçi Markolinlo Kevertonla anlaşdığı xəbərini vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun rəsmən açıqlanmama səbəbi onun sənədlərinin qaydasında olmamasıdır. Buna görə də klub oyunçunu sifariş verə bilmirdi.
Ancaq problemin artıq həll olunduğu bildirilir. Keverton yaxın vaxtda sifariş veriləcək və növbəti turda meydana çıxacaq.
Braziliyalı yarımmüdafiəçinin transferinin 1-2 gün içərisində rəsmən açıqlanması gözlənilir.
Futbolçunun son klubu “Hercilo Lus” olub. Yarımmüdafiəçi karyerası ərzində yalnız ölkəsində çıxış edib.