26 Noyabr 2024
Ölkə futbolu

“Neftçi”nin futbolçusunun cəzası azaldıldı

“Neftçi” klubunun futbolçusu Ervin Koffinin cəzası azaldılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Cinah müdafiəçisinə verilmiş iki oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni bir oyunluq cəza şərti tətbiq edilib. Oyunçuya üç aylıq sınaq müddəti verilib.

Fransalı müdafiəçi “Səbail”lə heç-heçə (1:1) etdikləri Premyer Liqanın II turunun matçı bitdikdən sonra azarkeşlərə kənar əşya atdığı üçün diskvalifikasiya edilmişdi. “Ağ-qaralar”a buna görə tətbiq edilmiş 2000 manat cərimə qüvvədə saxlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43