24 Noyabr 2024
Premyer Liqa

Premyer Liqa klubunun futbolçusu Türkiyədə əməliyyat olundu

“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba İstanbulda axill tendon nahiyəsindən əməliyyat olunub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən aparılan cərrahiyyə əməliyyatı uğurlu alınıb. Futbolçu avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43