“Qısa ifadə etməli olsam, uşaqlara bu canfəşanlığa, oyuna, nizam-intizama görə təşəkkür edirəm. “Qarabağ”a “Dinamo” ilə matçda uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələni keçməyi bacaracaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Qarabağ” qələbəsi (1:0) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Nəticədən razı qalmamaq mümkün deyil. Çünki “Qarabağ” çox güclü rəqibdir, Azərbaycan futbolunun flaqmanı sayılır”.