11 Noyabr 2024
Ölkə futbolu

Roman Qriqorçuk: “Səbirlə davranacam, istədiyim şeyi əldə edəcəm”

“Vurduğumuz heç bir problem yoxdur. Hansısa feyr-pleydən danışmağa səbəb görmürəm. Hər şeyi görürdüm. Bunu şərh etmək rahatdır. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, rəqibin qapıçısı topu çölə vursun”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Araz Naxçıvan” görüşü (1:1) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Rəhman Hacıyev və Emin Mahmudov meydana çıxsalar da, onlara kapitanlıq sarğısı verilmədi. “Neftçi”nin kapitanı və vitse-kapitanı kimlərdir?

– Sizin işinizə hörmət edirəm. Amma bəzi çərçivələr varsa, bizim daxili işimizdir. O məsələlərə qarışmayın. Bu, bizim daxili işimizdir.

– Sizə elə gəlmir ki, Lebon sol cinahda daha effektivdir? Amma siz onu sağda oynadırsız. Belə başa düşürük ki, siz Ştoqrini o mövqedə daha üstün görürsüz?

– Məncə, vinger həm sol cinahda, həm də sağ cinahda eyni qaydada oynamağı bacarmalıdır. Futbolçulara hər oyundan qabaq deyirik, onlara hədəf qoyuruq və qərarlar veririk. Ştoqrin üçün sol və ya sağ cinahda oynamağın fərqi yoxdur. Taktiki cəhətdən nəzərə alsaq, rəqibin hücumlarını neytrallaşdırmaq istəyirik.

– “Qəbələ”də də çempionluq uğrunda mübarizə aparırdız. Orada daha çox təzyiq hiss edirdiz, yoxsa “Neftçi”?

– Hazırda təzyiqə az fikir yönləndirirəm. Elə yoldayıq ki, komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Düşünürəm ki, milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Mən sadəcə öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, artıq nəticələr olsun. Amma mən elə komanda, oyun qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun qalib gələk. Qanın bahasına belə. Çox istəyərdim ki, öz stilimizdə oynayaraq, qalib gələk. Əminəm ki, qısa zamanda daha yaxşı olacağıq. İstəmirik ki, qələbələrimiz təsadüfi olsun.

– Dörd turdan sonra qələbə qazanmadığınıza görə hansı hissləri keçirirsiz?

– Tutduğum yoldan dönmək istəmirəm, səbirli davranmaq istəyirəm. Hisslərə gəldikdə, yaxşı deyil. Daha yaxşı olmasını istəyərdim. Səbirlə davranacam, istədiyim şeyi əldə edəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43