20 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Sabah”dan qələbə, “Zirə” uduzdu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulur.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə əvvəlcə “Sabah” “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xallarını 7-ə çatdıran “Sabah” 2-ci pilləyə yüksəlib.

Turun son matçında “Şamaxı” “Zirə”nin qonağı olub. Qarşılaşma qonaqların qələbəsiylə başa çatıb – 1:0

25 avqust

18:15. “Sabah” – “Sumqayıt” – 3:1 

Qollar: Fernando da Silva, 12 (0:1), Namik Ələsgərov, 44 (1:1), Pavol Safranko, 54 (2:1), Cesse Sekidika, 77 (3:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
“Bank Respublika Arena”

20:30. “Zirə” – “Şamaxı” 0:1

Qol: Mikels
Hakimlər
: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov

VAR: Əliyar Ağayev
Zirə İK stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43