20 Sentyabr 2024
Dünya futbolu

“Fənərbağça”nın sabiq baş məşqçisi vəfat etdi

“Fənərbağça”nın sabiq baş məşqçisi Kristof Daum vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyədə həmçinin “Beşiktaş” və “Bursaspor”un da baş məşqçisi olmuş çalışdırıcı 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kristof Daum uzun illərdi xərçəng xəstəliyindən əziyyət çəkirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43