“Oyun haqda yox, ümumiyyətlə vəziyyət haqda danışmaq istəyirəm. Futbolçularda yorğunçuluq var. Həm psixoloji, həm də fiziki cəhətdən belədir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Sabah” məğlubiyyəti (1:3) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Bəli, 1-2 oyunçu var ki, toplanış keçməyiblər. Bu da oyunda öz təsirini göstərir. Avrokuboklardan gəlmişik. Bir oyunumuz qalıb, daha sonra milli fasiləsi olacaq. Yaxşı dincəlib, bundan sonra yaxşı oynamalıyıq. Futbolçularla da danışıram, onlar yorğunçuluğu önə çəkir. Çempionatın əvvəlidir. Sabah necə olacağını bilmirik. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq.Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq qollar vura bilərik. Toplar itiririk. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq”.