Azərbaycan Premyer Liqası IV turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Azərsun Arena”da keçirilən “Qarabağ” – “Turan Tovuz” görüşüdür (0:1). Suraxanıdakı matçı tribunalardan 2000 azarkeş izləyib.
Turun ən az tamaşaçısı isə Mərdəkandakı qarşılaşmada qeydə alınıb. “Araz Naxçıvan” – “Neftçi” görüşünü (1:1) 450 futbolsevər izləyib.
Digər oyunlardakı azarkeş sayı belədir:
“Səbail” – “Kəpəz” (4:0) – “ASCO Arena”, 500 tamaşaçı
“Sabah” – “Sumqayıt” (3:1) – “Bank Respublika Arena”, 1500 tamaşaçı
“Zirə” – “Şamaxı” (0:1) – Zirə İdman Kompleksinin stadionu, 650 tamaşaçı