20 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz”dən daha iki transfer – SON DƏQİQƏ!

Premyer Liqada sonuncu sırada qərarlaşın “Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu heyətini daha iki futbolçu ilə gücləndirib. “Sarı-göylər” ötən mövsümü “Araz Naxçıvan”da keçirən Turan Manafovla anlaşıb. 

Azərbaycanlı oyunçu ilə yanaşı, “Kəpəz” daha bir legionerlə razılığa gəlib. Bir dönəm “Səbail”də çıxış edən Valdemar Almeyda (Pana) artıq Gəncə təmsilçisinin formasını geyinəcək.

Anqolalı yarımmüdafiəçi ilə yaxın vaxtda müqavilə imzalanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43