20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” – “Omoniya” oyununun biletləri satışa çıxıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” – “Omoniya” (Kipr) oyununun biletləri bu gün – 27 avqust saat 13:00-dan satışa çıxarılacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Satış məntəqələri “Zirə İdman Kompleksi”  və “Dalğa Arena”dır.

Qeyd edək ki, avqustun 29-u keçiriləcək “Zirə” – “Omoniya” görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Kipr klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43