20 Sentyabr 2024
Ölkə futbolu

Paytaxt klubunda qayıdan və gözləyənlər

“Sabah” Premyer Liqanın V turunda qarşılaşacağı “Kəpəz”lə görüşə itkilərlə hazırlaşır.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, paytaxt klubunda Vinsent Tiil və Ayaz Quliyev sözügedən matçda iştirak edə bilməyəcəklər. Lüksemburqlunun 10 gün sonra tam hazır olması gözlənilirsə, Quliyev oktyabr ayında komanda ilə məşqlərə qoşulacaq.

“Sabah”ın digər zədəli üzvü Kahim Parris isə tam sağalıb. O, baş məşqçi Krunoslav Renduliçin şans verəcəyi təqdirdə, “Kəpəz”lə görüşdə meydanda olacaq.

Avqustun 31-də keçiriləcək matç saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43