21 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” “Əl-Hilal”la anlaşdı

“Bavariya” cinah oyunçusu Kinqsli Komanı satmaq üçün “Əl-Hilal”la anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçunun özü hələ Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin şərtlərini razılaşdırmayıb.

Komanın Premyer Liqa klublarından təklif alacağı ümidi ilə gözlədiyi qeyd edilir. Futbolçu İngiltərədə oynamaq arzusundadır.

“Bavariya”nın yeni baş məşqçisi Vinsent Kompani futbolçu ilə hesablaşmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43