22 Sentyabr 2024
Ölkə futbolu

UEFA-dan “Sumqayıt”a pul cəzası

UEFA “Sumqayıt” klubunu cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçirilən “Fehervar” görüşündə baş verənlər olub. “Sumqayıt” azarkeşlərinin həmin matçda meydana yad əşyalar atması səbəbindən klub 5 250 avro ziyana düşüb.

Xatırladaq ki, “Fehervar” Sumqayıtdakı oyunda rəqibini 2:1 hesabı ilə məğlub etmişdi. Macarıstandakı qarşılaşma isə qolsuz bərabərliklə sona çatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43