22 Sentyabr 2024
Dünya futbolu

“İnter” yeni müqaviləyə hazırlaşır

“İnter”in müdafiəçisi Denzel Dumfries Milan klubunda çıxışını davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 28 yaşlı futbolçu ilə yeni müqavilə bağlayacaq. Niderlandlının hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Ötən mövsüm yarımmüdafiəçi 36 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43