“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin hər iki oyununda da “Dinamo”yə məğlub oldu.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Zaqrebdə 0:3 hesablı məğlubiyyətin ardından Bakıda da rəqibi ilə bacarmadı (0:2). Futbol mütəxəssisləri dünənki görüşün ardından oyunçuların performanslarını qiymətləndirib.
Komandamızın heyətində ən aşağı qiyməti alan Kevin Medina olub. İkinci hissədə meydandan qovulan kolumbiyalının çıxışına 5 bal qiymət verilib.
Yeni transferimiz Mateus Koxalski də zəif təsir bağışlayıb. Mütəxəssislər onun performansını 5,6 balla dəyərləndirib. “Qarabağ”ın ən yaxşı futbolçuları isə Abdullah Zubirlə Patrik Andrade olub. İki futbolçunun da dünənki çıxışına 7 bal qiymət verilib.