25 Sentyabr 2024
Dünya futbolu

“Borussiya”nın futbolçusu Fransa klubunda

Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusunu icarəyə göndərib.

İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa təmsilçisinin üzvü Yussuf Mukoko “Nitsa” komandasıyla müqavilə bağlayıb. 20 yaşlı oyunçu ilə icaarə müqaviləsi 2025-ci ilin yayına kimidir.

“Borussiya”nın yetirməsi olan Mukoko Dortmund klubunda ümumilikdə 99 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43