25 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın hücumçusu Çempionlar Liqasında bombardir oldu

“Qarabağ”ın hücumçusu Olavio Juninyo Çempionlar Liqasında göstərdiyi performansa görə hər kəsi üstələyib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin üzvü pley-off mərhələsinə qədər ən məhsuldar futbolçu olub. Juninyonun aktivində 6 qol, 1 assist var. 

Braziliyalı bu göstərici ilə turnirin pley-offuna qədərki mərhələnin bombardiri olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43