27 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ı gözləyən komandalar: “Mançester Yunayted”, “Fənərbağça”, “Qalatasaray”, “Beşiktaş”…

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” bu gün yeni formatda keçiriləcək liqa mərhələsində rəqiblərini tanıyacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu gün atılacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq. İştirakçıların rəqibləri də püşkdə bəlli olacaq.

Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblər – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Artıq 36 klubdan 24-ü bəllidir: “Roma”, “Mançester Yunayted”, “Porto”, “Reyncers”, “Latsio”, “Ayntraxt”, “Tottenhem”, “Slaviya”, “Real Sosyedad”, “Alkmaar”, “Olimpiakos”, “Lion”, “Fənərbağça”, “Qarabağ”, “Qalatasaray”, “Bodo Qlimt”, “Union Sent Jiloaz”, “Dinamo” (Kiyev), “Midtulland”, “Malmö”, “Atletik”, “Hoffenhaym”, “Nitsa”, “Tvente”, RFŞ, “Ludoqorets”, “Elfsborq”, “Ayaks”, “Beşiktaş”, “Anderlext”, “Styaua”, “Viktoriya” (Plzen), PAOK, “Makkabi” (Tel Əviv), “Braqa”

Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

2024-cü il

I tur: 25-26 sentyabr
II tur: 3 oktyabr
III tur: 24 oktyabr
IV tur: 7 noyabr
V tur: 28 noyabr
VI tur: 12 dekabr
2025-ci il
VII tur: 23 yanvar
VIII tur: 30 yanvar

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43