27 Sentyabr 2024
Dünya futbolu

“Barselona” millimizin futbolçusunu icarəyə verdi

“Barselona” millimizin üzvü Eldar Tağızadəni icarəyə verdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, gənc qolkiper İspaniyanın dördüncü liqasında çıxış edən “Tudelano”ya keçib. O, yeni klubu ilə 2025-ci ilin oktyabrına qədər sözləşmə imzalayıb.

Xatırladaq ki, U-21 millimizin qapıçısı müqavilə ilə “Barselona”ya məxsusdur. Onun Katalioniya təmsilçisilə 2026-cı ilə qədər sözləşməsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43