28 Sentyabr 2024
Dünya futbolu

“Yuventus” müdafiəçisini icarəyə verdi

“Yuventus”un müdafiəçisi Mattia De Şilio “Empoli”yə icarəyə verilib.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı italiyalı ilə icarə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ötən mövsüm De Şilio bir oyun keçirib. Müdafiəçi mövsümün çox hissəsini zədəli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43