Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Boks Federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
İdmanxeber.az-ın məlumatına görə, tədbirdə antidopinq sisteminin əhəmiyyəti, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, Qadağan edilmiş siyahı və Terapevtik İstifadə üçün İstisnalar kimi önəmli antidopinq mövzuları barədə fikir mübadiləsi aparılıb.